ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar nəticəsində baş verən seldə 4 nəfər həyatını itirərkən, 9 aylıq körpə də daxil olmaqla 3 nəfər itkin düşüb.
Sitat.info xəbər verir ki, Pensilvaniya ştatında dünən gecədən başlayan güclü yağış daşqınlara səbəb olub.
Polisin verdiyi açıqlamada 4 nəfərin öldüyü bildirilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 9 aylıq körpə, 2 yaşlı uşaq və bir qadın olmaqla 3 nəfərin itkin düşdüyü bildirilib.
Polis vətəndaşları axtarış-xilasetmə işlərinin aparıldığı ərazidən uzaq durmağa çağırıb.
Seymur Bənnayev
Sitat.info