Aprelin ortalarından bəri paramiliter Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə qarşıdurmada olan Sudan ordusu, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə daimi atəşkəsə nail olmaq üçün başladılan "Ciddə danışıqları"na qayıtmaq qərarına gəlib.
Sitat.info xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, ordunu təmsil edən heyət ÇDQ ilə danışıqları davam etdirmək üçün ötən gecə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.
Ordu nümayəndə heyətinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib ki, yeni danışıqlar prosesinin uğuru ÇDQ heyətinin ciddiliyindən və razılaşmanın şərtlərinə əməl etməsindən asılıdır.
Adının çəkilməsini istəməyən ÇDQ rəsmisi də ÇDQ nümayəndələrinin böhranın sülh yolu ilə həlli üçün danışıqlara yenidən başlamağa hazır olduqlarını bildirib.
Seymur Bənnayev
Sitat.info