Azərbaycanın Qarabağ bölgəsində mövcud olan qanunsuz silahlı birləşmələr itki verib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, 2 erməni terrorçu güllə yarasından ölüb.
Onların harada, hansı şəraitdə öldüyü bildirilmir. Amma erməni separatçlar Azərbaycanı ittiham ediblər.
Qeyd olunub ki, hadisə martın 25-i, günorta vaxtı baş verib.
Qondarma rejimin yaydığı məlumat:
“Martın 25-də 2 müqaviləli hərbçi həlak olub . Bu gün saat 14:00-a olan məlumata görə, Artsaxın [Qarabağ] şərq sərhədində vəziyyət son dərəcə gərgin olmaqda davam edir".