Neftin bu günə olan qiyməti açıqlanıb

11:07 17 İyul 2023

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 78,78 dollara satılır.

Sitat.info xəbər verir ki, cümə günü 81,70 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 79,87 dollarla tamamlayıb.

Brent markalı neftin bir barel qiyməti bu gün saat 09:50-ə bağlanış tarixi ilə müqayisədə 1,36 faiz azalaraq 78,78 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 74,55 dollardan alıcı tapıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti