Rusiya Krım körpüsündəki partlayışı terror adlandırdı

12:24 17 İyul 2023

Rusiya Federasiyasının İstintaq Komitəsi Krım körpüsündə terror faktı ilə bağlı cinayət işi açıb.

Sitat.info xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

“İyulun 17-nə keçən gecə Ukrayna Xüsusi Xidmət orqanları tərəfindən Krım körpüsündə terror hadisəsi törədilib. Nəticədə biri qadın, biri kişi olmaqla iki nəfər ölüb. Onların azyaşlı qızı isə xəstəxanaya yerləşdirilib”, - o bildirib.



Xəbər xətti