Cənubi Koreyada sel nəticəsində ölənlərin sayı 40-a çatıb

12:48 17 İyul 2023

Cənubi Koreyada son bir həftədə yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 40-a yüksəlib.

Sitat.info xəbər verir ki, "Yonhap"ın hesabatına görə, leysan yağışların səbəb olduğu sel səbəbindən 10 mindən çox insan təxliyə edilib.

Fəlakət və Təhlükəsizlik Tədbirləri Mərkəzi Müdirliyi həyatını itirənlərin sayının 40-a yüksəldiyini, 34 nəfərin yaralandığını bildirib.

Ölkə üzrə 139 ev də daxil olmaqla sel nəticəsində zərər çəkmiş binaların sayı 1000-i ötüb.

Xilasetmə işlərinin davam etdiyini bildirən rəsmilər, ölən və itkin düşənlərin sayının artmasından narahatdır.

Meteoroloqların yağıntıların artacağı ilə bağlı xəbərdarlığından sonra Daxili İşlər və Təhlükəsizlik Nazirliyi həyəcan səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti