Yunanıstanda 1 iyun-15 iyul tarixləri arasında sərinləmək üçün dənizə və hovuzlara girən 106 nəfər boğularaq həyatını itirib.
Sitat.info xəbər verir ki, Yunanıstan mətbuatında yer alan xəbərdə son 1,5 ayda 106 nəfərin həyatını itirdiyi boğulma hadisələrində "rekord qırıldığı" qeyd olunub.
Suda boğulan 106 nəfərdən 44-nün turist olduğu bildirilib.
Müvafiq qurumların nəzarətində olan 5 çimərlikdən birində xilasedicilərin və ilkin tibbi yardım ləvazimatlarının olmadığı müəyyən edilib.
Qeyd edək ki, 2022-ci ilin 1 iyun-15 avqust tarixlərində ölkədə 196 nəfər suda boğularaq ölüb.
Seymur Bənnayev
Sitat.info