ABŞ-ın cənub və qərb ştatlarında və Avropada, xüsusilə İtaliyanın cənubunda təsirli olan boğucu isti dalğasının təhlükəli səviyyədə olacağı gözlənilir.
Sitat.info xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidmətinin bəyanatında deyilir: "ABŞ-ın qərb və cənubunda bəzi yerlərdə təhlükəli İsti dalğası gözlənilir".
Kaliforniyanın cənub-şərqində, Nevada ştatının cənubunda və Arizona ştatının qərbində "qırmızı bayraq xəbərdarlığı" verilib.
Qeyd edək ki, qırmızı bayraq xəbərdarlığı, meşə yanğınlarının başlanması və sürətlə yayılması üçün şəraitin ideal olduğunu ictimaiyyətə, yanğınsöndürənlərə və torpaq idarəetmə orqanlarına çatdırmaq üçün Milli Hava Xidməti tərəfindən verilən proqnoz xəbərdarlığıdır.
Seymur Bənnayev
Sitat.info