Taxıl təşəbbüsünün uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışacam.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidneti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qara dəniz taxıl sazişi mühüm diplomatik uğur kimi tarixə düşüb. 33 milyon tondan çox taxıl məhsulları daşınıb. Bir çox ölkələrin ərzaq böhranına düşməsinin qarşısı alınıb. Bugünkü açıqlamaya baxmayaraq, Putin bu humanitar dəhlizin davam etməsini istəyir. Avqustda ölkəmizdə görüşəndə (Putinin Türkiyəyə səfəri nəzərdə tutulur – red.) bu söhbətlər barədə danışacağıq”, - Prezident qeyd edib.
Qeyd edək ki, bu gün Qara dəniz taxıl sazişinin müddəti başa çatıb. Rusiya sazişin uzadılmadığı barədə tərəfdaş ölkələri məlumatlandırıb.