Rusiya Xarici İşlər Nazirliyi Krım körpüsünün mülki infrastruktur olduğunu bildirərək hücumu şiddətlə qınadığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada Krım körpüsünə gecə saatlarında Ukraynaya məxsus 2 pilotsuz dəniz vasitəsinin hücumuna məruz qaldığı xatırladılıb.
Hadisənin Ukrayna Hərbi Dəniz Qüvvələri ilə Ukrayna Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində baş verdiyini bildirən bəyanatda qeyd edilib:
"Bizim tam əminik ki, cinayəti törədənlər müəyyən olunacaq və ədalətdən qaça bilməyəcəklər. Əgər körpüyə hücum edən pilotsuz dəniz maşınları Qərb mənşəlidirsə və bu əməliyyatın planlaşdırılmasında, dəstəklənməsində və həyata keçirilməsində Qərb ölkələrinin rolu üzə çıxarsa, onların Kiyev rejiminin terror fəaliyyətlərində şərikliyi təsdiqlənəcək".
Seymur Bənnayev
Sitat.info