Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın Qara dəniz taxıl dəhlizi sazişini ləğv etməsini şiddətlə qınadıqlarını bildirib.
Sitat.info xəbər verir ki, Von der Leyen, mövzu ilə bağlı verdiyi açıqlamada deyib: "BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü sona çatdırma hərəkətini şiddətlə qınayıram".
Von der Leyen Aİ-nin dünyada çətin vəziyyətə düşənlərə dəstək məqsədilə ərzaq təhlükəsizliyini təmin etmək üçün çalışdığını və ərzaq məhsullarının Aİ-nin əvvəllər qurduğu quru əlaqələri vasitəsilə Ukraynadan daşınmasının davam etdiriləcəyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info