Onlarla fanatik yəhudi İsrail polisinin müşayiəti ilə işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.
Sitat.info xəbır verir ki, Fələstinin rəsmi agentliyi "WAFA"nın xəbərinə görə, fanatik yəhudi qrupları çox sayda İsrail polisinin himayəsi altında Məqaribə qapısından Hərəmi-Şərifə daxil olublar.
Məscidül-Əqsanın həyətində bəzi dini ayinlər icra edən fanatik yəhudilər basqın zamanı Hərəmi-Şərifdə olan fələstinliləri təhrik etməyə çalışıblar.
Kənan Bənnayev
Sitat.info