"Azəriqaz"dan Xankəndi ilə bağlıAÇIQLAMA

16:15 25 Mart 2022

Son günlər mətbuatda, sosial şəbəkələrdə Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı suallar nəhayət cavab tapıb.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Azəriqaz” İB "Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirdiyi görüşdə Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu barədə sualı cavablandırıb.

Şöbə rəisi sözü gedən ərazinin Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu, bütün bölgələrdə olduğu kimi bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini bildirib. O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu qeyd edib. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və "Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır. Ermənilərin dünya ictimaiyyətini bu məsələ yönəltməsində məkirli səbəblərin olduğunu KİV nümayəndələrinin diqqətinə çatdırıb.

 



Xəbər xətti