Pul siyasəti ilə bağlı yeni qərar qəbul edildi

20:00 17 İyul 2023

Bu gün İqtisadi Şuranın iclasında valyuta bazarı, pul siyasətinin yeni əməliyyat çərçivəsi, bank və sığorta sektorunun mövcud vəziyyəti və inkişafı, habelə dövlət borcunun idarə eilməsi üzrə ortamüddətli çərçivə, Borclanma Strategiyası üzrə yeni hədəflər və dəyişikliklər, kapital bazarlarında investorların kompensasiyası mexanizminin yaradılmasına dair təkliflər geniş müzakirə olunub.

Sitat.info xəbər verir ki, iclasın yekununda müzakirə olunan məsələlər barədə Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.



Xəbər xətti