Rusiyada "Su-25" tipli döyüş təyyarəsi dənizə düşüb

21:05 17 İyul 2023

Rusiyada Su-25 tipli döyüş təyyarəsi Azov dənizinə düşüb. Qəzada insan itkisinin olmadığı, ilkin məlumata görə pilotun xilasetmə qrupları tərəfindən təxliyyə edildiyi bildirilib.

Sitat.info xəbər verir ki, Rusiya ordusunun Cənub Hərbi Dairəsindən verilən yazılı açıqlamada deyilib: "Krasnodar vilsyətində Azov dənizi səmasında təlim uçuşu həyata keçirən "Su-25" hücum təyyarəsi qəzaya düşdü".

Açıqlamada həmçinin qeyd edilib ki, qəzadan sonra can itkisi olmayıb. İlk məlumatlara görə, pilot xilasetmə qrupları tərəfindən təxliyyə edilib.

Hadisə ilə bağlı araşdırma başladılıb. Qəzanın mühərrik nasazlığı səbəbindən baş verdiyi ehtimal edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti