Ukraynanın Cənub Əməliyyat Komandanlığı ötən gecə Ukraynanın cənubunda rusların raket və pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Odessa vilayətindəki limanın zədələndiyini bildirib.
Sitat.info xəbər verir ki, komandanlığın sosial media hesabından edilən yazılı açıqlamada, ötən gecə Rusiya ordusunun Ukraynanın cənub bölgələrinə raket və PUA hücumları həyata keçirdiyi bildirilib.
Qara dənizdən Odessaya 6 "Kalibr" raketinin atıldığı bildirilən açıqlamada deyilir: “Bütün raketlər hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib. Odessa vilayətində 21 “Şahid” PUA-sı vurulub”.
Açıqlamada partlayış dalğası və raketlərin vurulması nəticəsində düşmüş raket hissələrinin liman infrastrukturunun və bir çox evin zədələdiyi, 1 yaralının xəstəxanaya aparıldığı vurğulanıb.
Açıqlamada Ukrayna hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən ümumilikdə 6 raket və 32 PUA-nın məhv edildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info