Ankara Ukraynadan “davam” təklifi aldı

12:56 18 İyul 2023

Ankara Kiyevdən Rusiyanın iştirakı olmadan taxıl sövdələşməsini bərpa etmək təklifi ilə müraciət alıb.

Sitat.info xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.

Məlumata görə, Türkiyə taxıl sazişinin bərpasının mümkünlüyü məsələsini BMT ilə razılaşdırır, heç bir qərar qəbul edilməyib:

“Ukrayna Prezidenti Zelenski Türkiyə Prezidenti Ərdoğana və BMT-nin Baş katibi Quterreşə taxıl sazişini və ya onun ekvivalentinin işinin üçtərəfli formatda davam etdirilməsi təklifi ilə bağlı rəsmi məktublar göndərib”.

Qeyd edək ki, Rusiya 17 iyulda başa çatan taxıl sazişinin uzadılmasından imtina edib.



Xəbər xətti