Avstraliya sahilindəki obyektin kosmik raketin bir hissəsi ola biləcəyi açıqlanıb

13:54 18 İyul 2023

Avstraliya rəsmiləri ölkənin qərbindəki çimərlikdə aşkar edilən obyektin kosmik raketin bir hissəsi ola biləcəyini bildiriblər.

Sitat.info xəbər verir ki, Avstraliya Kosmik Agentliyi Qərbi Avstraliya ştatının Qrin Hed qəsəbəsi yaxınlığındakı çimərlikdə aşkar edilən naməlum obyektlə bağlı açıqlama verib.

Agentlik sahilə vuran metal obyektin nə olduğunu müəyyən etmək üçün digər kosmik agentliklərlə işlədiyini bildirib.

Avropa Kosmik Agentliyinin mühəndisi Andrea Boyd, Hind okeanına düşən obyektin peykin buraxılması üçün istifadə edilən Hindistan raket modelinin bir hissəsi olduğuna demək olar ki, əmin olduqlarını qeyd edib.

Yanğınsöndürmə briqadası və Təcili Tibbi Yardım Kimya Mərkəzinin analizindən sonra obyektin zərərsiz olduğu məlum olub.

Polis obyektdə işlərin davam etdiyini bildirib və əhalini ərazidən uzaq durmağa çağırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti