Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri iyulun 20-də keçiriləcək toplantıda Türkiyə-Avropa İttifaqı münasibətlərini qiymətləndirəcəklər.
Sitat.info xəbər verir ki, Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Toplantısında bir çox gündəm maddəsi ilə birlikdə ötən ayki toplantıda müzakirə edilməsi planlaşdırılan, lakin bir ay təxirə salınan Türkiyə ilə münasibətlər müzakirə olunacaq.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli Aİ rəsmisi Türkiyə ilə əlaqələrin İttifaq üçün ən əhəmiyyətli əlaqələrdən biri olduğunu ifadə edərək, üzvlük prosesinin dayanmasına baxmayaraq Türkiyənin hələ də "namizəd ölkə" olduğuna diqqət çəkib.
Seymur Bənnayev
Sitat.info