Ümumdünya Meteorologiya Təşkilatı: Daha güclü isti hava dalğalarına hazır olmalıyıq

16:16 18 İyul 2023

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) isti hava dalğalarında davamlı artım olduğunu və dünyanın daha güclü isti hava dalğalarına hazır olması lazım olduğunu bildirdi.

ÜMT-nin Baş Hava Temperatur Mütəxəssisi Con Nairn BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Şimal yarımkürəsində və bütün dünyada təsirli olan həddindən artıq istilərlə bağlı qiymətləndirmələr edib.

İstiliyin sürətli urbanizasiya, həddindən artıq temperatur və əhali səbəbiylə artan sağlamlıq riski olduğuna diqqət çəkən Nairn bunun iqtisadiyyata, təbii həyata və ətraf mühitə böyük təsir etdiyini vurğulayıb.

"Bu yaxınlarda aparılan bir araşdırma göstərdi ki, Avropada keçən yay həddindən artıq istilər səbəbindən 60 min adam ölüb. Ekspertlər və hökumətlər bu rəqəmə çox ehtiyatlı yanaşırlar", - Nairn deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti