Rusiya Müdafiə Nazirliyi Ukraynanın Odessa şəhərində Rusiyaya qarşı terror aktlarının hazırlandığı obyektlərə yüksək dəqiqlikli raketlərlə cavab hücumu həyata keçirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa və Nikolayev şəhərlərindəki hədəflərə hücum etdiyi açıqlanıb.
“Bu gecə Rusiya ordusu dənizdən atılan yüksək dəqiqlikli raketlərlə Odessa şəhəri yaxınlığında, Rusiya Federasiyasına qarşı terror aktlarının hazırlandığı obyektlərə və onların istehsal olunduğu gəmiqayırma zavoduna cavab hücumu həyata keçirib", - bəyanatda deyilir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasını yanacaqla təmin edən Nikolayev və Odessa şəhərlərində təxminən 70 min ton həcmində yanacaq anbarları məhv edilib. Bütün planlaşdırılan hədəflər vurulub. Dağıdılan hədəflərdə yanğınlar və partlayışlar baş verib", - bəyanata daxil edilib.
Qeyd edək ki, Rusiya Milli Terrorla Mübarizə Komitəsi dünən Krım körpüsünə Ukrayna qüvvələri tərəfindən iki pilotsuz dəniz maşınının hücumuna məruz qaldığını və bunun “terror hücumu” olduğunu açıqlayıb. Hücum nəticəsində iki nəfər həlak olub.
Seymur Bənnayev
Sitat.info