Priqojinin təyyarəsi 4-cü dəfə Belarusa eniş etdi

17:57 18 İyul 2023

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin təyyarəsi dördüncü dəfədir ki, Belarusun hərbi aerodromuna eniş edib.

Sitat.info xəbər verir ki, bu barədə “Belarus Qayun” monitorinq qrupu məlumat yayıb.

“Saat 11:05-də Yevgeni Priqojinin “Embraer Legacy 600” biznes-jeti (qeydiyyat nömrəsi RA-02795) Maçulişdəki hərbi aerodromda yerə enib. Təyyarənin Sankt-Peterburqdan uçduğu bildirilir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Priqojinin təyyarəsi daha əvvəl 27 iyun, 1 iyul və 11 iyulda Belarusa eniş edib.



Xəbər xətti