İsveçrədə 100 hektardan çox meşə ərazisi yanıb

18:41 18 İyul 2023

İsveçrənin Valais ərazisində dünən başlayan və hələ də nəzarət altına alınmayan meşə yanğını 100 hektardan çox ərazini əhatə edib.

Sitat.info xəbər verir ki bu, dünən axşam saatlarında Valaisdə başlayan meşə yanğını küləyin təsiri ilə daha çox əraziyə yayılıb.

Yanğınsöndürmə işləri ilə bağlı əməliyyata məsul olan Mario Şaller işlərin davam etdiyini və küləyin artması ilə alovların yenidən yüksələ biləcəyini bildirib.

Şaller vəziyyətin hələ nəzarət altında olmadığını və müdaxilələrin bu gün gec saatlara qədər davam edəcəyini bildirib.

100 hektardan çox ərazini əhatə edən yanğınla əlaqədar ətraf kəndlərdən 200-dən çox insan təxliyə edilib.

Can itkisi və xəsarətə səbəb olmayan yanğının səbəbi hələlik məlum deyil.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti