Ruandada qayıq qəzası: 10 uşaq ölüb

18:53 18 İyul 2023

Ruandada qayıq qəzası nəticəsində 10 uşaq ölüb.

Sitat.info xəbər verir ki, Ruandada yerləşən "KT Press"in xəbərinə görə, ölkənin şimalındakı Nyabaronqo çayında bir qayıq çevrilib.

9-13 yaş arası uşaqlardan 10-u batan qayıqda boğulub.

Qayıqda olan 4 nəfər sağ qalıb, hadisə ilə bağlı istintaq başladılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti