İsrail yenidən qarışdı: 19 nəfər həbs olundu

18:58 18 İyul 2023

Baş nazir Benyamin Netanyahunun son aylarda İsraildə narazılığa səbəb olan məhkəmə islahatı xalqı yenidən küçələrə çıxarıb. Aksiyalar zamanı 19 nəfər saxlanılıb.

Sitat.info xəbər verir ki, İsraildə hökumətin məhkəmə islahatları paketinə qarşı etirazlar davam edir.

Əllərində İsrail bayrağı ilə paytaxt Təl-Əvivdə toplaşan minlərlə insan hökumətin məhkəmə siyasətini tənqid edib, yolları bağlayıb, metro stansiyalarında böyük izdiham yaranıb.

Etirazçılardan bəziləri Tel-Əvivin mərkəzində İsrail ordusunun hərbi qərargahı olan Kiryaya girişlərdən birini bağlayıb. Bəzi etirazçılar həmçinin tüstü bombalarından istifadə edib, “milləti xilas et” və “diktatura iqtisadiyyatımızı öldürəcək” şüarları səsləndiriblər.

Ayna 

​​​​​​​Sitat.info



Xəbər xətti