Hava istiliyinin 40 dərəcəyə çatacağı gözlənilən Fransanın cənub bölgəsində quraqlığın təsirləri görünməyə başlayıb.
Sitat.info xəbər verir ki, Fransa Meteorologiya İdarəsi "Meteo France" xüsusilə ölkənin cənub-şərqində temperaturların artacağını açıqlayıb və bu bölgələrdə yaşayan insanlara həddindən artıq istidən qorunmaq üçün xəbərdarlıq edib.
Ölkənin cənub rayonlarında havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi gözlənilir, bir müddət davam edən kəskin istilər və quraqlıq səbəbindən su hövzələrində suyun səviyyəsi azalıb.
Ölkənin Aigues Mortes bölgəsindəki göldə su çəkilib.
Seymur Bənnayev
Sitat.info