“Qarabağda müharibə qaçılmazdır. Bütün erməni qüvvələri Qarabağa toplanır.”
SİTAT.İNFO Alp.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Wargonzo” internet televiziyası yayıb.
“Qarabağda qondarma rejimin Müdafiə Ordusunda bir nömrəli həyəcan təbili çalınıb, könüllülər artıq orduya toplanır. Yaxın günlərdə yeni müharibə başlana bilər. Ermənistandan da könüllülər Qarabağa gəlir. Artıq Qarabağda 18 yaşından 55 yaşına qədər hər kəsə silah paylanır” -deyə internet televiziyasının xəbərində deyilir.
P.S. Qeyd edək ki, son günlər ermənilər Qarabağda müharibə xəbərlərini yaymaqla bərabər təxribatlar da həyata keçirdirlər.