İsrail Hərbi Hava Qüvvələrinin əməliyyat qərargahına təyin edilmiş generallar, general-mayorlar və polkovniklər də daxil olmaqla 161 ehtiyatda olan hərbçi hökumətin mübahisəli məhkəmə nizamnaməsinə qarşı ordudan ayrıldıqlarını açıqlayıb.
Sitat.info xəbər verir ki, ehtiyatda olan hərbçilər yazılı açıqlamada özlərini İsrail ordusunun hava qüvvələrinin əməliyyat qərargahında çalışan “pilotsuz uçuş aparatı operatorları, texniki operatorlar, hava ekipajları və digər birliklər” kimi təqdim ediblər.
İsrail hökumətinin mübahisəli məhkəmə tənzimləməsinin ölkəni demokratiyadan diktaturaya çevirəcəyini müdafiə edən əsgərlər ordudan ayrıldıqlarını açıqlayıblar.
Ad və rütbələrin yer aldığı açıqlamada general, general-mayor, polkovnik və kapitan səviyyəsində ehtiyatda olan əsgərlərin yer alması diqqət çəkib.
Qeyd edək ki, baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya Ali Məhkəmənin mübahisəli məhkəmə tənzimləməsində hökumət üzərində nəzarətini azaldacaq qanun layihəsini Parlamentin Baş Assambleyasına təqdim etməyə hazırlaşarkən etirazlar və vətəndaş itaətsizliyi bütün ölkə boyu davam etməkdədir.
Seymur Bənnayev
Sitat.info