Şimali Koreyanın raketləri ABŞ ərazisinə çata bilər

11:57 19 İyul 2023

Şimali Koreyanın sınaqdan keçirdiyi ballistik raketlər Amerika torpaqlarına çatmaq qabiliyyətinə malikdir.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri, admiral Con Akvilino deyib.

Admiral qeyd edib ki, Pentaqon hələlik Şimali Koreya raketlərinin nüvə avadanlığı ilə ABŞ ərazisinə çata biləcəyini qiymətləndirə bilmir:

“Bu məqsədə çatmaq üçün Şimali Koreya konstruktorları nüvə başlığının ölçüsünü azaltmalıdırlar. Amma Pxenyanın belə bir nəticəyə nail olub-olmayacağı hələlik bəlli deyil”.



Xəbər xətti