Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışlar olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Kliçko sosial media hesabından verdiyi açıqlamada səhər saatlarında Kiyevdə partlayış səslərinin eşidildiyini bildirib.
Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko da sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun “Şahed” tipli pilotsuz uçuş aparatları (PUA) ilə Kiyevə hücum etdiyini bildirib.
Bütün PUA-ların hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edildiyini bildirən Popko, hücum nəticəsində yaralanan vətəndaşlar və ya söküntü ilə bağlı hələlik məlumat almadıqlarını bildirib.
Popko Rusiya qüvvələrinin Odessaya hava hücumu həyata keçirdiyini də qeyd edib.
Seymur Bənnayev
Sitat.info