İran Polis Xidmətinin sözçüsü Seyid Muntazer əl-Mehdi, məcburi hicab qaydasını pozanlarla mübarizə üçün ümummilli tədbirlərə başladıqlarını söyləyib.
Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, polis xidmətinin sözçüsü Mehdi mövzu ilə bağlı məlumat verib.
Mehdi deyib: "İsrarla hicab qaydasını pozanlara qarşı ölkə daxilində avtomobil və piyada patrulları yaradılacaq. Bu şəxslərə polis tərəfindən xəbərdarlıq ediləcək. Xəbərdarlıqlara əhəmiyyət verilmədiyi təqdirdə həmin şəxslər məhkəmə orqanlarına sövq ediləcək".
Polis sözçüsü qadınlardan bu məsələdə polisə köməklik etmələrini istəyib.
Seymur Bənnayev
Sitat.info