Bütün dünyada temperatur rekordları qırılır. Qızmar istilərin təsiri altında olan yerlərdən biri də Çindir. Pekində isti havadan bezən bir qrup şəxs buz vannası qəbul edərək sərinləməyə çalışıb.
Sitat.info xəbər verir ki, Çində qızmar istidən təsirlənən bir qrup sərinləmək və daha güclü bədənə sahib olmaq üçün buz vannası qəbul edib.
Yüksək temperatur buzların sürətlə əriməsinə səbəb olub.
İsti hava dalğanın təsiri altında olan Pekində havanın temperaturu arabir 40 dərəcəni keçib.
Kənan Bənnayev
Sitat.info