Təxminən 125 milyon il əvvəl yaşamış pişik boyda məməlinin dinozavrlara hücum anını göstərən hər iki canlının demək olar ki, bütün qalıqlarını ehtiva edən fosil tapılıb.
Sitat.info xəbər verir ki, CNN-in xəbərlərində, "kretase" (təbaşir) dövründə yaşadığı düşünülən və pişik boyda porsuğu xatırladan "Repenomamus Robustus" adlı məməlinin, ölçüsündən üç dəfə böyük olan ot yeyən dinozavr "Psittacosaurusa" hücum etdiyi bildirilib.
Fosildə "Psittacosaurus"un sol ön pəncəsi ilə "R.Robustus"un alt çənəsini tutduğu, sol arxa pəncəsinin dinozavrın arxa ayağından tutduğu, məməli dişlərinin isə ovunun qabırğalarına soxulduğu görülür.
"Buradakı məməli öz dövrünün ən böyük məməlilərindən biri idi və pişik ölçüsündə idi. Digər bir fikir böyük dinozavrların kiçik məməliləri yediyi idi. Tapıntı bu mənzərəni əks etdirir. Bu məməlilər, deyəsən, ac olduqda və ya çarəsiz olduqda daha böyük dinozavrları üstələyiblər", - tədqiqatın müəlliflərindən biri, Kanada Təbiət Muzeyindən paleobioloq Cordan Mallon deyib.
"Psittacosaurusun" o dövrdə bölgədə çox rast gəlinən kiçik, dimdikli, qoyun boylu bir dinozavr olduğunu bildirən Mallon, iki canlının döyüşərkən vulkan püskürməsindən sonra anidən gələn palçıq selində ölmüş ola biləcəklərini qeyd edib.
Araşdırma "Scientific Reports" jurnalında dərc olunub.
Kənan Bənnayev
Sitat.info