Rusiyalı oliqarx: “İndi evimi təmizləməyə xadimə də tapa bilmirəm”

19:15 25 Mart 2022

Rusiyalı biznesmen Pyotr Aven Avropa Birliyi və Böyük Britaniyanın ona qarşı tətbiq etdiyi sanksiyalardan sonra əsas hesab və borclarını bağlaya bilmədiyini sölyəyib.

SİTAT.İNFO Musavat.com-a istinadən istinadən xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə müsahibəsində danışıb.

“İndi xadimə və sürücünün maaşını verə bilərəmmi? Mən özüm maşın sürə bilmirəm. Yəqin ki ögey qızım sürəcək. İndi necə yaşayacağımız bilmirik”, - deyə Londonda yaşayan oliqarx bildirib.

Pyotr Aven indi Londonun prestijli Sent-Ceyms rayonunda bahalı mənzilə, şəhər kənarında böyük malikanəyə malikdir. İndi onun daşınmaz əmlaklara olan hüquqları, bank hesabları və digər aktivləri də dondurulub.

Qəzetin informasiyasına əsasən, yaxın 20 gündə Pyotr Avenin özünü Böyük Britaniyadan qova bilərlər. Hərçənd oliqarx milyarderin Latviya vətəndaşlığı və ABŞ vizası da var.

“Əgər adadan getsəm, geri qayıtmağa imkanım olmayacaq,”- deyə rus milyarder şikayətlənib.

“Mənim həyatım cəmi bir günə dəyişdi. Biznesimiz tamamilə çöküb. 30 ildə qurduğumuz hər şey dağılıb. İndi yeni həyata başlamalıyıq”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Putinə yaxın iş adamlarından olduğu deyilən Pyotr Aven sanksiyalara görə “Alfa-Bank”ın və “Genesis Philanthropy Group” xeyriyyə cəmiyyətinin direktorlar şurasından çıxıb.

Pyotr Aven “LetterOn”e və “Alfa-qrup”dan ortağı Mixail Fridmanla birlikdə Qərbin ağır sanksiyalarına məruz qalıb



Xəbər xətti