Putin: ABŞ və Avropanın kifayət qədər silah-sursatı yoxdur

15:58 19 İyul 2023

Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropanın kifayət qədər silah-sursata malik olmadığını, ona görə də Ukraynaya kasetli sursat təklif etdiyini deyib.

Sitat.info xəbər verir ki, Putin, “Moskva. Kreml. Putin” televiziya proqramında ABŞ-ın Ukraynaya kaset bombası göndərmək qərarı ilə bağlı dəyərləndirmələr aparıb.

ABŞ rəhbərliyinin bir müddət əvvəl bu bombalardan istifadənin cinayət olduğu ilə bağlı qiymətləndirmə verdiyini xatırladan Putin, bu məsələyə belə baxılması lazım olduğunu bildirdi.

“Onlar (ABŞ) bunu yaxşı yaşamaq üçün deyil, ümumiyyətlə, döyüş sursatları olmadığı üçün edirlər”, - Putin deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti