Kosovo Baş naziri Albin Kurti Türkiyədən aldıqları "Bayraktar TB2" hərbi PUA-ların ölkəyə gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Baş nazir Kurti sosial media hesabında "Bayraktar TB2" PUA-nın fotosunu yerləşdirib: "Kosovo indi daha da təhlükəsizdir", - deyə paylaşımda qeyd edib.
Müdafiə naziri Armend Mehaj və Kosovo Təhlükəsizlik Qüvvələrinin (KTQ) komandiri Başkim Yaşari ilə Kosovo bayraqlı "Bayraktar TB2"nin qarşısında poza verən Kurti, paylaşımında bunları söyləyib: “Türkiyədən dövlət olaraq aldığımız "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını özümüzə əlavə etdik. Biz ordu büdcəsini 100 faizdən çox artırdıq. Kosovo indi daha təhlükəsizdir!".
Kurti, KTQ zabitlərinin PUA-nın istifadəsi ilə bağlı təhsillərini tamamladıqlarını da ifadə edib.
Kosovonun neçə "Bayraktar TB2" alması barədə məlumat verilməyib.
Seymur Bənnayev
Sitat.info