Hindistanda transformator partladı: 15 nəfər ölüb

16:10 19 İyul 2023

Hindistanda təmizləyici qurğuda transformatorun partlaması nəticəsində 15 nəfər ölüb, 6 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Hindistanın Uttarxand əyalətində Qanq çayını qorumaq üçün qurulan kanalizasiya sisteminə qoşulan təmizləyici qurğuda transformator partlayıb. Polis hadisədə 1-i polis, 5-i daxili təhlükəsizlik işçisi olmaqla 15 nəfərin həyatını itirdiyini, ən azı 6 nəfərin yaralandığını açıqlayıb. Yaralıların xəstəxanada müalicəsi davam edir.

Polis hadisənin gecə baş verdiyini, lakin xəbərin səhər saatlarında edildiyini bildirib.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti