Əlcəzairdə dəhşətli qəza: 34 nəfər həlak olub

16:14 19 İyul 2023

Əlcəzairdə sərnişin avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 34 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Əlcəzairin cənubunda yerləşən Tamanrasset şəhərinin Atoll kəndində səhər saatlarında sərnişin avtobusu və minik avtomobili toqquşub. Yol-nəqliyyat hadisəsindən sonra yanğın baş verib və qəzanın balansı ağır olub. Ən azı 34 nəfər həyatını itirib, 12 nəfər yaralanıb. Alov içində qalan avtobus yararsız hala düşərkən, qəza ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, Əlcəzairdə 2021-ci ildə təxminən 7186 yol qəzası baş verib. Bu qəzalar nəticəsində 2 min 643 nəfər həyatını itirib, 11 min 479 nəfər isə yaralanıb.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti