Türkiyədə aviabiletlər kəskin bahalaşdı

17:38 19 İyul 2023

Türkiyənin aviasiya orqanları çərşənbə günü daxili reyslər üçün biletlərin qiymətini artırıb. Qiymət artımı 43 faiz təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, qərar bir sıra vergilərin, o cümlədən ƏDV-nin artırılması və milli valyutanın ucuzlaşması ilə əlaqədardır:

“Hökumət orqanları ölkə üzrə hava nəqliyyatı üçün birtərəfli yeni qiymət tavanını 1650 lirə (61 dollar) müəyyən edib”.



Xəbər xətti