Ukrayna: Rusiya müharibə başlayandan bəri Odessaya ən böyük hücumunu həyata keçirdi

21:54 19 İyul 2023

Odessa meri Gennadi Truxanov bildirib ki, Rusiya müharibə başlayandan bəri Odessaya ən böyük hücumu həyata keçirib.

Sitat.info xəbər verir ki, Truxanov Facebook hesabından verdiyi açıqlamada Rusiyanın gecə saatlarında müxtəlif raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə şəhərə hücum etdiyini bildirib.

Hücum nəticəsində bəzi evlərə ziyan dəydiyini deyən Truxanov 1-i uşaq olmaqla 10 nəfərin yaralandığı, ölən olmadığı barədə məlumat paylaşıb.

"Bu gecə ən qorxulu gecələrdən biri idi. Müharibə başlayandan bəri bu miqyasda hücumu xatırlamırıq", - Truxanov deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti