Təyyarə qəzası: keçmiş senator və siyasətçilər öldü

09:17 20 İyul 2023

Kolumbiyanın mərkəzində kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir neçə siyasətçi həlak olub.

Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı “Cessna 210”da olan keçmiş senator, 4 siyasətçi və pilot həyatını itirib.

Yerli hakimiyyət orqanları Villavisensio şəhərindən paytaxt Boqotaya doğru havaya qalxan kiçik mühərrikli təyyarənin Boyaca inzibati regionunda qəzaya uğradığını bildirib.

Səlahiyyətli şəxslər, ölən 5 nəfərin 2013-cü ildə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe Velez tərəfindən qurulan Demokratik Mərkəz Partiyasının üzvləri olduğunu qeyd ediblər. Ölənlərdən birinin 2014-2018-ci illərdə senator olmuş 55 yaşlı Nohora Tovar olduğu bildirilir. Tovar Kolumbiyanın Dominikan Respublikası və Haitidəki səfiri vəzifələrində çalışıb.



Xəbər xətti