İsveçin Bağdaddakı səfirliyi yandırıldı - Video

10:57 20 İyul 2023

İraqda etirazçılar İsveçin Bağdaddakı səfirliyinin binasını yandırıblar.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb

Bu yaxınlarda Stokholm hakimiyyətinin razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə soxulublar. Agentlik mənbə və hadisə şahidinə istinadən bildirib ki, etirazçılar binanı yandırıblar.

Hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Qeyd edək ki, daha əvvəl İsveç polis İraqın ölkədəki səfirliyi yaxınlığında Quranın yandırılmasına icazə verib.



Xəbər xətti