Yeni Zelandiyada silahlı hücum: hücum edən şəxs öldürüldü

13:07 20 İyul 2023

Yeni Zelandiyanın Oklend şəhərində atışma olub. Hadisədə 2 adam həyatını itirib.

Sitat.info xəbər verir ki, 2023-cü il FİFA Qadınlararası Dünya Çempionatına ev sahibliyi edən Yeni Zelandiyada atışma dəhşəti baş verib.

Oklend şəhərində kubokun açılış matçından əvvəl açılış matçının keçiriləcəyi stadionun yaxınlığında silahlı basqın nəticəsində iki nəfər həlak olub.

Hücum edən şəxs öldürülüb.

Mövzu ilə bağlı açıqlama verən Yeni Zelandiyanın Baş naziri Kris Hipkins hücumdan sonra milli təhlükə səviyyəsində heç bir dəyişiklik olmayacağını və Qadınlar Dünya Kubokunun planlaşdırıldığı kimi davam edəcəyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti