Qurani-Kərimi yandıran Paludanla bağlı qərar verildi

13:13 20 İyul 2023

İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında Quranı yandıran Danimarkanın İfrat Sağçı Qatı İstiqamət Partiyasının sədri Rasmus Paludan üçün Ankara 8-ci Sülh Cəza Məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb.

Sitat.info xəbər verir ki, Ankara Baş Prokurorluğu yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandıran Danimarkanın ifrat sağçı Qatı İstiqamət Partiyasının lideri Rasmus Paludanla bağlı istintaqa başlayıb.

Baş Prokurorluq, "İctimaiyyətin bir hissəsinin mənimsədiyi dini dəyərləri açıq-aşkar təhqir etmək" cinayətindən açılan istintaq çərçivəsində Ankara 8-ci Sülh Cəza Məhkəməsindən Paludan haqqında həbs qərarı istəyib.

Məhkəmə tələbi qiymətləndirərək Paludan haqqında həbs qərarı çıxarıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti