Rəsmi Ankara Rusiya bazarından çıxan qlobal şirkətləri qəbul etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Rusiyanı təkcə Amerika şirkətləri deyil, bir çox dünya brendləri də tərk edir, təbii ki, ölkəmizin qapıları onların üzünə açıqdır, gəlsinlər. Bundan əlavə, ölkəmizə gəlib imkanlarını bizdə yerləşdirmək istəyən müəyyən kapital qrupları var. Təbii ki, biz onların üzünə qapıları bağlı saxlamırıq. Bizim qapılarımız onların üzünə də açıqdır”, - Türkiyə dövlət başçısı deyib.