"Google" xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir

14:36 20 İyul 2023

"Google"un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, mövzuya yaxın mənbələrə əsaslanan "The New-York Times"'ın məlumatına görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetlərindən olan "The New York Times", "The Washington Post" və "The Wall Street Journal"ın sahibi olan News Corp-un rəhbərlərinə təqdim edilib.

Bildirilib ki, "Google"un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

"Google" hesab edir ki, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət etmək üçün nəzərdə tutulmuş bu texnologiya daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti