Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay uzadıb

16:17 20 İyul 2023

Aİ Şurası Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalı ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Şurasının saytında dərc olunan bəyanatda qeyd edilib.

Sanksiyalara ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks mallar üzrə məhdudiyyətlər daxildir. Məhdudlaşdırıcı tədbirlər 31 yanvar 2024-cü il tarixinədək uzadılıb.

Bundan əlavə, sanksiyalar Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının idxalına və ya dəniz yolu ilə daşınmasına qadağa qoyulmasını əhatə edir. Sanksiyalar həmçinin bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılmasını, həmçinin Kreml tərəfindən dəstəklənən bir neçə dezinformasiya mediasının yayımının və lisenziyasının dayandırılmasını da əhatə edir.

Nərgiz.

Sitat.info



Xəbər xətti