Rusiyanın hücum edəcəyini fevralın 24-də müharibə başlamamışdan bir neçə saat əvvəl bilirdim.
Axar.az xəbər verir ki, bunu Ukrayna XİN başçısı Dmitri Kuleba deyib.
“Nyu Yorkdan İstanbula gəldim. Fevralın 23-də Nyu Yorkda təyyarəyə əyləşəndə mən artıq bilirdim ki, bir neçə saat sonra müharibə başlayacaq. Buna görə də bütün transatlantik uçuş boyu xəbərləri izlədim, adamlarıma tapşırıqlar verdim. Çünki müharibə diplomatiyanı saxlamır, ona görə də işləməliyik”, - Kuleba bildirib.
Onun sözlərinə görə, İstanbula çatan kimi bileti dəyişərək Avropa şəhərlərindən birinə uçub, oradan isə avtomobillə Ukraynaya yollanıb.