Krım körpüsünə hücumun qisasını aldıq – Rusiya MN

17:15 20 İyul 2023

İyulun 20-də mülki əhalinin həlak olması ilə nəticələnən Odessa və Nikolayevə endirilən zərbələr Krım körpüsünə hücumun qisasıdır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

“Gecə saatlarında Rusiya Silahlı Qüvvələri Odessa vilayətinin Odessa və İliçevsk bölgələrində pilotsuz katerlərin istehsalat sexlərinə və anbar sahələrinə yüksək dəqiqlikli dəniz və hava bazalı silahlarla cavab zərbələri endirməyə davam edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Krım körpüsünə 17 iyulda hücum edilib. Nəticədə körpünün bir hissəsində dağıntı meydana gəlib, iki nəfər isə ölüb.



Xəbər xətti