Fələstin prezidenti Mahmud Abbas Ankaraya gedir

17:34 20 İyul 2023

Fələstin prezidenti Mahmud Abbasın gələn həftə Türkiyəyə rəsmi səfər edəcəyi bildirilir.

Sitat.info xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfəri çərçivəsində iyulun 24-də Ankaraya gələcək.

Abbasın iyulun 25-də prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

Abbas təmaslarından sonra iyulun 26-da Türkiyəni tərk edəcək.

Qeyd edək ki, Mahmud Abbas Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti